Türkiyənin Mardin vilayətinin Midyat qəsəbəsində valilik və universitet əməkdaşlarını daşıyan mikroavtobus aşıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 5 nəfər isə yaralanıb. 

Əraziyə polis və təcili yardım briqadaları gəlib. Yaralılar xəstəxanalara çatdırılıb. 

Qəzanın səbəbləri araşdırılır.