Goranboyda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
1987-ci il təvəllüdlü Tural Musayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Elgün Musayev və 2006-cı il təvəllüdlü Ramil Rzayevi vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.