Sabirabadda avtomobil 48 yaşlı qadını vurub.

"Unikal" xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndində baş verib.

"VAZ 2107" markalı avtomobil yolu keçən Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1975-ci il təvəllüdlü Babayeva Səidə Babaxan qızını vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.