Burkina-Fasonun şimal-qərbindəki Nuna şəhərində odlu silahdan öldürülən 28 kişinin cəsədi aşkarlanıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, cəsədlər dekabrın 30 və 31-də tapılıb. Prokurorluqdan qeyd edilib ki,  qətllə bağlı istintaq başlayıb.

Baş verənlərin təfərrüatları açıqlanmayıb.