“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus stansiyada vaqonlar yanıb.

"Unikal"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb. Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.