Şəkidə mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Daş qaya ərazisində baş verib.

Hərəkətdə olan mikroavtobus öncə minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb.

Hadisə zamanı  biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli