İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə hadisə bu gün İsmayıllı-Qəbələ yolunun Buynuz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1996-cı il təvəllüdlü Əliyeva Gülarə Fuad qızının idarə etdiyi "Chevrolite" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı Gülarə Əliyeva və nənəsi, 1947-ci il təvəllüdlü Səyyarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov