“Hollandiya Ukraynaya nəinki özünü qorumaq, hətta müharibədə qalib gəlmək üçün hər cür kömək etməyə hazırdır”.

"Unikal" xəbər verir  ki,  bunu Hollandiyanın baş naziri Mark Rutte Rutte "Twitter" səhifəsində yazıb. 

O, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

Rutte bildirib ki, görüşdə Rusiya-Ukrayna müharibəsində baş verən proseslər və Hollandiyanın Ukraynaya dəstəyi müzakirə edilib.