Goranboyda yol qəzasında xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, ölən qadın Şəmkir rayonun Seyfəli kənd 63 yaşlı Səkinə İsgəndərovadır. Ağır qəza yanvarın 1-də Bakı-Qazax magistral yolunun rayon Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə 5 nəfər xəsarət almışdı.
Tural Əhmədov