Zaqatala rayonunun Bəhmətli kəndində ümumi sahəsi 70 m² olan üçotaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.