Polşa 116 Abrams tankı almaq üçün müqaviləni təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak bildirib.
Onlar 2 il ərzində ölkəyə təhvil veriləcək: "Biz Polşa ordusunun zirehli yumruğunu gücləndiririk, təcavüzkarın qarşısını effektiv şəkildə almaq üçün Polşa silahlı qüvvələrini gücləndiririk".
Onun sözlərinə görə, tankların Varşava Tank Briqadasının Vesoldakı bazasına göndərilməsi planlaşdırılır. Avadanlıqların tədarükü 2024-cü ilin sonunda başa çatacaq.
Blaşçak onu da qeyd edib ki, Polşa əsgərləri artıq Bedruskdakı poliqonda tankları idarə etməyi öyrənirlər.
Ağarza Elçinoğlu