Balakəndə yaşayış evi yanıb.
"Unikal" xəbər verir ki, yanğın Balakən rayonu M.Hüseynzadə küçəsində yaşayan, 1965-ci il təvəllüdlü Qurbanov Seyfulla Hizbullah oğluna məxsus yaşayış evində baş verib.
Yanğın yerinə Balakən YMH-nin texnikaları və şəxsi heyyəti cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ümumi sahəsi 125 kv metr olan yaşayış evi içərisindəki əşyalarla birlikdə yanıb.Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının səbəbi araşdırılır.
Seymur Əli