Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, yanvarın 4-də saat 12 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Zəngişalı kənd sakini Y.Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini B.Əsgərovu vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və yanvarın 5-də orada ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.