İsmayıllı rayonunda zəhərlənmə hadisəsi olub.
"Unikal"ın məlumatına görə, rayonun İstisu kənd sakini, 2019-cu il təvəllüdlü Laçınova Şəfəq Şərif qızı nəzarətsiz qaldığı üçün evdə olan alergiya dərmanlarını saqqıza oxşadaraq yeyib.
Həmçinin, İsmayıllı şəhərinin Heydər Əliyev prospektindəki 7 saylı yataqxanada yaşayan 1988-ci il təvəllüdlü Fərzəliyeva Adilə Soltan qızı bir ovuc dərmanı içərək intihara cəhd edib. Hər iki şəxs zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov