Dünyaca məşhur müğənni Adel səhhəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

"Unikal" xəbər verir ki, yeni konsert seriyası ilə dinləyiciləri ilə görüşməyə hazırlaşan Adel gəzərkən çətinlik çəkməyə başladığını bildirib.

"Bu günlərdə çətinliklə yeriyə bilirəm. Çox pis sümük ağrılarım var", - deyə o, pərəstişkarları ilə görüşdə deyib. 

Qeyd edək ki, Adel keçmiş həyat yoldaşı Simon Konecki ilə 2019-cu ildə boşanıb. Məşhur müğənni bundan sonra  5 dəfə psixoloji terapiya alıb. Adel hazırda da müalicəyə davam etdiyini açıqlayıb.