Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Cəlil Məmmədquluzadə 56 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilsetmə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.