Şəkidə  "Ford" markalı mikroavtobusun "TIR"la toqquşması nəticəsində xəsarət alan şəxslərin sayı 3-ə şatıb.

"Unikal"ın məlumatına görə, həmin şəxslər "TIR"ın sürücüsü Səməd Süleymanov, mikroavtobusun sürücüsü Əfqan Nəbiyev və onun sərnuşini Minayə Əlixanovadır. 

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

xxx

17:43

Şəkidə mikroavtobus "TIR"la toqquşub.

"Unikal" xəbər verir ki, hadisə Şəki şəhəri "Daş Qaya" adlanan ərazidə baş verib.

Belə ki, Şəkidən Suçma kəndi istiqamətində hərəkət edən "Ford" markalı mikroavtobus "TIR" markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan yaşlı qadın xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli