Xəzər dənizində zəlzələ olub.
Bu barədə "Unikal" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:31-də 3,2 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.