Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yarımtikili binanın damından 1 nəfərin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
"Unikal" xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində binanın damında köməksiz vəziyyətdə qalan şəxs aşağı düşürülərək xilas olunması təmin edilib.