Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb.

"Unikal"  apa-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində baş verib.
Həmin küçədə yerləşən "Sərin" restoranının yaxınlığından keçən qaz borusunda partlayışla müşahidə edilən yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 briqadası cəlb edilib.

Alov ətrafa keçməsin deyə restoranın dam örtüyü sökülüb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları da cəlb edilib.

Yanğın tam söndürülüb.

Təhlükəsizlik məqsədilə küçədə hərəkət polislər tərəfindən dayandırılıb.