Bakı-Quba yolunun 154-cü kilometrliyində, Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.
"Unikal" report-a istinadən xəbər verir ki, hərəkətdə olan "Nissan" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi qarşı istiqamətdəki "Hyundai" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində Quba rayon sakinləri - 1977-ci il təvəllüdlü Yaqubov Tərlan Teymur oğlu, 1991-ci il təvəllüdlü Seyidov Amil Rasim oğlu, Bakı şəhər sakini 1960-cı il təvəlludlü İbrahimova Sinəxanım Ələmdar qızı və Şərur rayon sakini 1971-ci il təvəllüdlü Məmmədov Mirzə Qurban oğlu müxtəlif xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırır.