Qaxda qəzada yaralananlardan biri vəfat edib.

"Unikal" xəbər verir ki, Şəmsəddin Kərimov aldığı ağır bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.
***
Qaxda avtomobil telefon dirəyinə  çırpılıb, iki nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kötüklü kəndində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxıb və elektrik dirəyinə dəyib. Nəticədə avtomobildə olan iki nəfər 1999- cu il təvəllüdlü Kərimov Şəmsəddin Təmraz oğlu və 2002-ci il təvəllüdlü Süleymanzadə Nihad Akif oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli