Şamaxıda 36 yaşlı qadın dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, Şamaxı rayon Məlhəm kənd sakini 1987-ci il təvəllüdlü Eyyubova Vüsalə Əzizağa qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.V.Eyyubova Şamaxı Rayon Mərkəzi Xəstəxanasına catdırılıb. Xəstənin müalicəsi xəstəxanada davam etdirilir.

Seymur Əli