Ötən gün Gəncədə kirayədə qalan yeniyetmə naməlum xəstəlikdən öləməsinin səbəbi məlum olub.
"Unikal"ın məlumatına görə, meyitin müayinə zamanı məlum olub ki, Qusar rayon sakini 2009-cu il təvəllüdlü Elnur qızılca xəstəliyini ağır keçirtdiyi üçün ölüb.
Qeyd edək ki, ötən gün Gəncədə 14 yaşlı yeniyetmə naməlum şəraitdə vəfat edib. Qusar rayon sakini 2009-cu il təvəllüdlü Elnur Ulubəyovun şəhərdə kirayə qaldığı evdə halı pisləşib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, ancaq xəstəxanada müayinə zamanı artıq həyatını itirdiyi məlum olub. Yaxınları Elnur Ulubəyovun ötən gün bir az qızdırması olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov