Gədəbəydə bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, yanvarın  7-də Gədəbəy rayon sakini 1978-ci il təvəllüdlü Elbrus Yusubov yaşadığı evdə yıxılaraq kəllə-beyin travması alıb və Gəncə şəhərindəki xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq E.Yusubov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Tural Əhmədov