Bakıda hoteldə insident baş verib.
"Unikal" “qafqazinfo”ya istinadən xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən “AEF” hoteldə cinsi azlıq nümayəndəsi (transseksual) olan iki gənc döyülüb. Belə ki, hotelə dəvət edilən 2005-ci il təvəllüdlü S.A. və 2003-cü il təvəllüdlü S.Ş. görüşdükləri şəxslərin hücumuna məruz qalıb. Müxtəlif dərəcəli xəsarətlər alan şəxslər üzləşdikləri hadisə barədə polisə məlumat veriblər. Onlar daha sonra 41-ci Polis Bölməsinə gedərək şikayət ərizəsi yazıblar.
İlkin araşdırmalardan sonra cinsi azlıq nümayəndələrini döyən şəxslərin Qazaxıstan vətəndaşı, 1993-cü il təvəllüdlü N.Zakirov və Gəncə sakini, 1996-cı il təvəllüdlü A.Həbillahov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.