Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. "VAZ-21015" markalı minik avtomobili yolu keçən piyadanı, 1965-ci il təvəllüdlü İbadov Elşad Tapdıq oğlunu vurub.

Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, izahatı alınıb. Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov