Şəmkirdə orta yaşlı qadını maşın vururaq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Bakı-Qazax magistral yolunun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətədə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini Nəzirə Qasımova adlı qadını vurub. Piyada hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Bakı Qazax avtomagistralının Şəmkir rayon ərazisindən keçən hissəsində Şəmkir rayon sakini Nəzirə Qasımova yolu keçmək istəyən zaman hərəkətdə olan, Elməddin Məmmədovun idarə etdiyi Mercedes markalı avtomobil vurmuş və piyada hadisə yerində dünyasını dəyişib. Məlumat ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları dərhal hadisə yerinə gedib, müvafiq araşdırmalar həyata keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Tural Əhmədov