Bakıda quşçuluq sexində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 400 m² olan fəaliyyət göstərməyən quşçuluq sexinin içərisində 150 m² sahəyə səpələnmiş taxta yonqarı yanıb.

"Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.