Biləsuvarda ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İlkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.