Bacısıgilə qonaq gedən qadın qazdan zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə Zaqatala şəhərində baş verib. Belə ki, Bakıdan bacısıgilə qonaq gələn 54 yaşlı Sevinc Cəbrayıl qızı Hacıyeva hamam otagında dəm qazından zəhərlənib.

O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta agır oldugu bildirilir.

Seymur Əli