Yasamalda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Mətbuat prospekti Yasamal (Musabəyov) parkının qarşısında baş verib.  

Belə ki, "Ford Mustang" markalı avtomobillə  "Kia Rio" toqquşub.  Nəticədə "Kia Rio" markalı avtomobilə ciddi ziyan dəyib. 

Qəzadan sonra yolda avtomobillərin hərəkətində çətinlik yaranıb. 

Gülayə  Mecid