Sumqayıtda 30 yaşlı kişi itkin düşüb.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, şəhərin 4-cü mikrorayonunda yaşayan Şükür Vaqif oğlu Şükürov yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. 

Yaxınları onun itkin düşməsi barədə polisə məlumat veriblər.

Onun tapılması istiqamətində axtarış tədbirləri aparılır.