İsmayıllı rayonuna yağan qar fəsadlar törədib.

"Unikal"ın məlumatına görə rayonun Cülyan kəndi sakini Ağayev Raqif Əsgər oğluna məxsus evin qarşısındakı çardaq son günlər yağan qarın ağırlığına tab gətirmədiyi üçün bu gün axşam saatlarında çöküb. Çardağın dağıntıları altında qalan "Mercedes" markalı minik avtomobili əzilib. Çardağın uçmasına və avtomobilin əzilməsinə görə ev sahibinə 5 min manatdan çox maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. 
Şahnəzər Bəşirov