Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonun Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.