Naxçıvan şəhərində yol qəzası baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, axşam saatlarında Əli Mirzəyevin idarə etdiyi 67-BH-847 nömrə nişanlı avtomobil yol keçən 1979-cu il təvəllüdlü Aygün Əliyevanı vurub.
Yaralı ağır vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.