Şabranda çayxana yanıb.

"Unikal"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 90 m² olan birmərtəbəli obyektin (çayxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin (1-ci mərtəbəsi yem dükanı, 2-ci mərtəbəsi çayxana kimi fəaliyyət göstərir) ikinci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.