Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğınla bağlı həmin hərbi hissəsinin zabiti həbs olunub.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya məlumat yayıb.
Bildirilir ki, E.V. adlı zabitƏ Cinayət Məcəlləsinin 532-ci maddəsinin 4-cü bəndi ilə iş açılıb. O, yanğın təhlükəsizliyi qaydalarını pozmaqda təqsirləndirilir.