Rusiya dövlət başçısı Vladimir Putin hazırda ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmağı planlaşdırmır.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Onun sözlərinə görə, indi Rusiya Federasiyası üçün əsas məqsəd xüsusi əməliyyat keçirmək və qarşıya qoyulan tapşırıqları yerinə yetirməkdir.
“Hələlik Putin və Bayden arasında danışıqlar planı yoxdur, bizim əsas məqsədimiz xüsusi hərbi əməliyyatı davam etdirməkdir, əsas məqsəd dövlət başçısının qeyd etdiyi tapşırıqlarımızı yerinə yetirməkdir”, - Peskov vurğulayıb.