Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri "Twitter"də paylaşım edib.
O bildirib ki, gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançılar iştirak etməməlidir:
"Mən Rişi Sunaka ukraynalı hərbçilərin "Challengers" tanklarında təlimlərə başlaması ilə əlaqədar təşəkkür etdim. Biz Ukrayna ordusunun imkanlarının daha da genişləndirilməsi və uzunmüddətli perspektivdə Ukraynaya hərtərəfli dəstək haqqında danışdıq", - deyə Zelenski qeyd edib.