Rusiya Federasiyasının prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Putin Əsədlə telefon danışığı zamanı zəlzələdən əziyyət çəkən bölgələrə yardım göndəriləcəyini deyib. Məlumata görə, artıq Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəlzələlərdən əziyyət çəkən Suriyaya bölgələrinə yola salınıb.