Tacikistanda qar uçqunu nəticəsində ölənlərin sayı artıb.
"Unikal" xəbər verir ki, Tacikistanın Fövqəladə Hallar Komitəsinin verdiyi açıqlamada ölkənin dağlıq bölgələrində baş verən qar uçqunları nəticəsində həyatını itirənlərin sayının 17-yə yüksəldiyi açıqlanıb.
Açıqlamada ölənlərdən 16-nın Dağlı Bədəhşan Muxtar Vilayətində, biri isə Düşənbə-Çanak avtomobil yolunun paytaxt Düşənbə yaxınlığındakı Vərzob qəsəbəsindən keçən hissəsində qar uçqunu nəticəsində həlak olduğu bildirilib.
Son günlər 100-ə yaxın qar uçqunu hadisəsinin baş verdiyi və təhlükənin hələ də davam etdiyi vurğulanaraq, axtarış-xilasetmə qruplarının təbii fəlakət bölgəsində işlərini davam etdirdiyi qeyd edilib.