Səudiyyə Ərəbistanı yaxın aylarda kosmosa göndərməyi planlaşdırdığı ilk qadın astronavtın kimliyini açıqlayıb.
"Unikal" xəbər verir ki, ölkənin rəsmi agentliyi SPA tərəfindən verilən açıqlamada qadın astronavt Reyyane Bernavinin həmkarı Əli Əl-Karni ilə Beynəlxalq Kosmik Stansiyada (BKS) 10 gün qalacağı bildirilib.
İki astronavtın "Axiom Space" özəl kosmos şirkəti tərəfindən təşkil edilən kosmos missiyası çərçivəsində yazda ISS-ə uçacağı öyrənilib.