Fevralın 24-də Rusiya Ukrayna ərazisinə kütləvi raket hücumu edə bilər.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak “Klimenko Time” nəşrinə müsahibəsində deyib.
Onun fikrincə, Rusiya tərəfi Ukrayna hava hücumundan müdafiə sistemlərini yükləmək üçün hava şarları buraxacaq.
Podolyak bir müddət əvvəl Ukraynanın Rusiya ərazisinə zərbə endirmədiyini, Kiyevin isə müdafiə üçün Qərbin verdiyi silahlardan istifadə etdiyini bildirib.