Kataloniya polisi ispan rəssamı Salvador Dalinin oğurlanmış iki rəsmini tapıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin regional hüquq-mühafizə orqanları məlumat yayıb.
2022-ci ilin əvvəlində Barselonada bir mənzildən 300 min avro dəyərində iki əsərin oğurlanması ilə bağlı araşdırma başladılıb. Cinayət törətməkdə və evdən oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Bundan əlavə, oğurlanmış əşyaların əldə edilməsində əli olmaqda şübhəli bilinən daha iki nəfər həbs edilib.
Rəsmlər qanuni sahiblərinə qaytarılıb.
Ağarza Elçinoğlu