Türkiyə Kosmik Agentliyinin sədri Serdar Hüseyn Yıldırımın bir müddət öncə qatıldığı konfransda süni zəlzələlərlə bağlı açıqlaması gündəm olub.
"Unikal" xəbər verir ki, kosmik agentliyin sədri çıxışında kosmosdan atılan 10 metrlik titan ərintisi borularla 7-8 bal gücündə zəlzələnin yarana biləcəyini iddia edib.
"Titan ərintisi 10 metrlik çubuqları kosmosdan dünyaya istənilən hədəfə göndərə bilən peyklər var! Bu çubuqlar yerin 5 kilometr dərinliyinə nüfuz edərək 7-8 bal gücündə zəlzələ yaradır. Onları aşkar etmək mümkün deyil",, - Yıldırım açıqlayıb.
Sözügedən açıqlama Türkiyədə fevral ayının 6-da baş verən şiddətli zəlzələdən sonra bir daha reaksiyalara səbəb olub.
Bundan sonra o, məlum video haqqında açıqlama vermək məcburiyyətində qalıb: "Bir neçə gündür sosial şəbəkələrdə yayılan video ilə bağlı çoxsaylı suallar var. Bu qısa video uzun müddət əvvəl strategiya institutunda verdiyim konfransdan bir parçadır. Yer orbitində istifadə edilən zaman kiçik bir şəhəri xəritədən silə bilən silah sistemini izah etmişdim. Bu silah sisteminin qırılma xətlərini işə salmaq, tektonik zəlzələlər yaratmaq kimi funksiyası yoxdur. Ona görə də bunun məlum qırılma xəttində baş verən tektonik zəlzələ olan Maraş fəlakəti ilə heç bir əlaqəsi yoxdur. Səhv başa düşülməsini istəmirəm. Bu silahın təsirini meteorit zərbəsi ilə müqayisə etmək olar".
Ağarza Elçinoğlu
Türkiyə Kosmik Agentliyinin rəhbəri Sərdar Yıldırımın bir müddət öncə dedikləri zəlzələdən sonra gündəm olub pic.twitter.com/Rc4aobYWJy
— Unikal Media Group (@UnikalOrgPortal) February 17, 2023