Braziliyanın cənub-şərqindəki San-Paulo ştatında yağan güclü yağışlar nəticəsində 36 nəfər ölüb.
"Unikal" xəbər verir ki, daşqınlar zamanı 228 yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, daha 338 nəfər evsiz qalıb.
Onlarla evin uçduğu təbiət hadisəsində bəzi rayonlarda əlaqə kəsilib.
Hazırda bölgədə xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, yanvar ayından bəri San Pauloda aramsız yağışlar davam edir.
Ağarza Elçinoğlu