Meksikada qeyri-qanuni mühacirləri daşıyan sərnişin avtobusu aşıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 17 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.
Məlumata görə, avtobusda 45 qeyri-qanuni mühacir olub.
Qəza yük maşınının avtobusa arxadan çırpılması nəticəsində baş verib. Hadisədən sonra yük maşını ərazidən qaçıb.
Həmçinin xəsarət almayan miqrantlar da səlahiyyətlilər tərəfindən tutulmamaq üçün hadisə yerini tərk ediblər.
Ağarza Elçinoğlu