Fevralın 21-də Malidə vəziyyəti sabitləşdirmək üçün gedən BMT-nin sülhməramlı missiyasının karvanına hücum edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sülhməramlılar ölkənin mərkəzində əldəqayırma partlayıcı qurğu ilə hücuma məruz qalıb. 

Hadisə nəticəsində 3 sülhməramlı həlak olub, daha beş nəfər ağır yaralanıb. 

Digər təfərrüatlar hələlik məlum deyil.

Ağarza Elçinoğlu