Serbiya Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə BƏƏ-də səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç məlumat verib.
Əbu-Dabidə keçirilən beynəlxalq müdafiə sərgisində çıxış edən Serbiya lideri ölkəsinin BƏƏ ilə kamikadze PUA-ların alınmasına dair razılığa gəldiyini deyib.
Bununla bağlı müqavilə iki gün ərzində imzalanacaq və silahlar Serbiyaya çatdırılacaq.
Serbiya Prezidenti “Rafale” tipli qırıcıların alınması üçün Fransa ilə danışıqların davam etdiyini vurğulayıb.